525.Az

Gəncədə “SİNERJİ” Forumu


 

Gəncədə “SİNERJİ” Forumu <b style="color:red"></b>

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Daha yaxşı sabah üçün” layihəsi çərçivəsində Bakının ardınca Gəncə şəhərində də “SİNERJİ” Forumu keçirilib.

Birlikdən 525.az-a verilən məlumata görə, açılış nitiq ilə birliyin baş katibi Təhminə Cəfərova çıxış edib, QHT və özəl qurumların əməkdaşlığının vacibliyi və əhəmiyyətinə toxunub.

Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Gənclər və İdman Baş İdarəsinin rəisi Muşfiq Cəfərov, Türkiyənin ölkəmizdəki Konsulu Orhan İşık, Gürcüstan Konsulluğundan vitse konsul Qoca Qocaşvili, fəal gənclər, gənc sahibkarlar və KİV nümayəndələri iştirak edib.

Qonaqlar forumun mahiyyəti və mövzusu haqqında müsbət fikirlər səsləndirilib. KSM üzrə müstəqil ekspertin təqdimatı və müzakirələrlə iştirakçılar forum mpvzusu haqqında geniş məlumat əldə ediblər.

İlk dəfə bu mövzuya həsr olunmuş layihənin icrasında əsas məqsəd QHT-lərlə biznes və özəl qurumların əməkdaşlığını təbliğ etmək, bu sahəyə diqqət artırmaq, mövcud sahədə problemlərin müzakirəsi və həlli istiqamətində təşəbbüslərin irəli sürülməsi, maarifləndirmə işləri həyata keçirməkdir.

 





05.12.2016    çap et  çap et