525.Az

Heydər Camal Qazaxıstanda dəfn olunacaq


 

Heydər Camal Qazaxıstanda dəfn olunacaq<b style="color:red"></b> Bu gecə vəfat etmiş ictimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı filosof Heydər Camal Qazaxıstanın Almatı şəhərində dəfn ediləcək.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə mərhumun “Facebook” səhifəsində yer alan məlumatda bildirilir.
 
Dəfn mərasimi dekabrın 6-da saat 11:00-da Almatı şəhərində yerləşən "Kensay-2" qəbiristanlığında keçiriləcək.
 
Qeyd edək ki, H. Camal bir müddət Almatı şəhərində müalicə olunurdu.
 





05.12.2016    çap et  çap et