525.Az

Zərdabda binaların təmirinə 3 milyon manat ayrıldı


 

Zərdabda binaların təmirinə 3 milyon manat ayrıldı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 





05.12.2016    çap et  çap et