525.Az

QMİ-nin sabiq əməkdaşına 12 illik həbs cəzası istənildi


 

QMİ-nin sabiq əməkdaşına 12 illik həbs cəzası istənildi<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun bu günə təyin olunan məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsə 12 illik həbs cəzası təyin olunmasını istəyib. Proses dekabrın 13-də davam etdiriləcək.
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

 





06.12.2016    çap et  çap et