525.Az

“Həbsdən kənar” sənədli filmi təqdim edildi - Foto


 

“Həbsdən kənar” sənədli filmi təqdim edildi - <b style="color:red">Foto</b>

Dekabrın 5-də Bakıda Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF-in təşkilatçılığı ilə britaniyalı jurnalist Qabrielle Menezesin hazırladığı, Azərbaycanda yuvenal ədliyyə islahatlarından bəhs edən “Həbsdən kənar” adlı sənədli filmin təqdimatı olub.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvard ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıldığını, təlim proqramlarının və regionlarda ödənişsiz təlim sisteminin həyata keçirildiyini bildirib.

O qeyd edib ki, UNICEF Avropa İttifaqı tərəfindən dəstəklənən “Uşaqlar üçün ədliyyə xidmətlərindən istifadənin dəstəklənməsi” proqramına dəstək göstərir. Proqram çərçivəsində çəkilən bu filmdə Azərbaycanda uşaqların müdafiə reabilitasiya məsələləri, həmçinin UNICEF-in hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bu sahədə gördüyü işlər işıqlandırılır.

Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığından danışan Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov uşaqların təkmil ədliyyə sistemindən yararlanması, qanunvericilik bazasının möhkəmləndirilməsi uçun görülən işlərdən danışıb.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard uşaqların müdafiə və reabilitasiyası üçün dövlət qurumlarının və beynəlxalq təşkilatların birgə fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Daha sonra film təqdim olunub.

 





06.12.2016    çap et  çap et