525.Az

Heydər Camal Almatıda dəfn olundu


 

Heydər Camal Almatıda dəfn olundu<b style="color:red"></b> Rusiya İslam Komitəsinin sədri, ictimai xadim, ilahiyyatçı və filosof Heydər Camal bu gün Qazaxıstanın Almatı şəhərində torpağa tapşırılıb.
 
APA-nın məlumatına görə bu barədə komitənin “V Kontakte” sosial şəbəkəsindəki səhifəsində bildirilib.
 
Mərhumla vidalaşmaq üçün onlarla insan Almatının Bağanaşıl qəbiristanlığına toplaşıb.
 
Mərasim müsəlman adət-ənənələri ilə baş tutub. Yerli hakimiyyət orqanlarının əməkdaşları, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri mərasimdə iştirak etməyib.
 
Qeyd edək ki, Heydər Camal 1947-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı Cahid Camal, anası isə rus İrina Şapovalovadır.
 
Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.
 
Heydər Camal bir neçə kitabın müəllifidir.
 
O, dünən müalicə olunduğu Almatı şəhərində vəfat edib.
 





06.12.2016    çap et  çap et