525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Dekabrın 8-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə və gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə və gündüz 0-2° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.
 
Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.
 
Rayonlarda bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.
 
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Cavid QƏDİR
 





07.12.2016    çap et  çap et