525.Az

ADU futzal çempionatının qalibi oldu


 

ADU futzal çempionatının qalibi oldu<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) futzal komandası universitetlərarası Futzal çempionatının qalibi olub.

ADU-dan 525.az-a verilən məlumata görə, komanda Bakı Dövlət Universitetinin (BDU) futzal komandasını 5-1 hesabı ilə məğlub edib.

ADU komandası ilk matçını qrup mərhələsi çərçivəsində Azərbaycan Texniki Universitetinin komandası ilə keçirib və oyundan bərabərliklə (3-3) ayrılıb.

Komanda 2-ci matçında Azərbaycan Pedaqoji Universitetinin komandasını 4-3 hesabı ilə məğlub etdikdən sonra qrupda son matçını Dövlət İdarəçiliyi Akademiyasının meydana çıxmamasından sonra 3-0 hesablı texniki qələbə ilə başa vurub və 7 xalla qrup lideri olaraq növbəti mərhələyə keçib.

Komandanın yarımfinal mərhələsindəki rəqibi isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası olub və ADU idmançıları 4-2 hesabı ilə qalib olub.

Qeyd edək ki, bu il təşkil olunan turnirə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ev sahibliyi edib.

 





07.12.2016    çap et  çap et