525.Az

SOCAR-ın 173 əməkdaşı işdən çıxarılıb?


 

SOCAR-ın 173 əməkdaşı işdən çıxarılıb?<b style="color:red"></b> SOCAR-ın "Neftqaztikinti" trestinin 173 nəfər əməkdaşı işdən azad edilir.

"APA-Economics" xəbər verir ki, bunu Neftçilər Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
 
Hüquq müdafiəçisi bildirib ki, işçilər müqavilə vaxtının bitməsi ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılır.
 
"APA-Economics"in əldə etdiyi məlumata görə, trestdə "Ernst&Young" audit şirkəti tərəfindən yoxlama aparılır. "Yoxlamaların nəticələrinə əsasən trestin əməkdaşları işdən azad olunur", - deyə mənbə bildirib.
 
Qeyd edək ki, trestin 3000-ə yaxın əməkdaşı var.
 
SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli isə "APA-Economics"ə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Mənə verilən məlumata görə, qeyd edilən say o qədər deyil və bu işçilər müvəqqəti layihələrdə işləyib, vaxtları bitənlərdir. Dəqiq məlumatı trestdən alıb, sizə təqdim edərik".
 





07.12.2016    çap et  çap et