525.Az

Səlim Müslümovdan tikdirdiyi ev barədə yayılan xəbərlərə münasibət


 

Səlim Müslümovdan tikdirdiyi ev barədə yayılan xəbərlərə münasibət <b style="color:red"></b> Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son günlər sosial şəbəkələrdə, bəzi KİV-də tikdirdiyi evlə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
APA-nın xəbərinə görə, nazir bildirib ki, Bakıda istənilən şəxs ürəyi istəyən evi çəkib göstərə bilər.
 
“Ürəkləri istəyən evləri çəkib göstərsinlər, desinlər ki, bu, Səlim Müslümovun evidir. Belə şər və böhtana ayırmağa vaxtım yoxdur. Biz işimizin başındayıq, öz işimizi görürük”, - deyə S. Müslümov qeyd edib.
 





08.12.2016    çap et  çap et