525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Dekabrın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, arabir güclü cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-5° şaxta, gündüz  3-5° isti, Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti təşkil edəcək.
 
Atmosfer  təzyiqi xeyli aşağı 775 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 65-70 % olacaq.
 
Gecə və səhər yollar buz bağlayacaq.
 
Dekabrın 9-da Bakı və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.
 
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 
Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
 
Yollar buz bağlayacaq.
 





08.12.2016    çap et  çap et