525.Az

"Din o qədər xurafatlaşdı ki..."


 

"Din o qədər xurafatlaşdı ki..."<b style="color:red"></b>

”Hər bir məscid dindarların, dini icmanın və ianələrin hesabına yaşamalıdır. Ancaq indi məscidlərin hamısı ianə istəyir”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik “Milli-mənəvi dəyərlər və KİV” mövzusunda təlimlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. QMİ sədri istənilən şəxsə din xadimi kimi yanaşılmasını düzgün saymayıb: “İndi dünyada kim istəyir saqqal qoya bilər, ancaq bunların hamısı din xadimləri deyillər. QMİ-nin din xadimlərinə müvafiq vəsiqələr verilir”.

A. Paşazadə dini xurafatın təhlükəli olduğunu vurğulayıb: “Din o qədər xurafatlaşdı ki, müəyyən cərəyanlar yarandı”.

 





08.12.2016    çap et  çap et