525.Az

İrandan neft istehsalçılarına çağırış


 

İrandan neft istehsalçılarına çağırış<b style="color:red"></b> Neft bazarının stabilləşməsinə dair noyabrda əldə olunan razılaşmasının icrasını təmin etmək üçün OPEK-ə üzv olan ölkələr birgə çalışmalıdırlar. 
 
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
 
“OPEK-ə üzv və qeyri-üzv ölkələrin sıx əməkdaşlığı neftin qiymətinin stabilləşməsi və qalxması üçün əsas şərtdir”, - deyə Ruhani venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı zamanı bildirib. 
 
“Mən, Əlcəzair və Vyanadakı görüşlərdə əldə edilən razılaşmaların şərtlərinin icrası üçün zəmin yaradacam”, - deyə o əlavə edib.  
 
Qeyd edək ki, OPEK noyabrın 30-da neft hasilatının sutkalıq həcminin, ümumilikdə, 32,5 mln. barel azaldılmasına dair razılıq edib.
 
OPEK-ə üzv olmayan ölkələrin görüşü dekabrın 10-da Vyanada keçiriləcək. OPEK görüşə 14 ölkə dəvət edib.
 





09.12.2016    çap et  çap et