525.Az

“Kəpəz” afrikalıların saxtakarlığından şikayətləndi


 

“Kəpəz” afrikalıların saxtakarlığından şikayətləndi<b style="color:red"></b>

“Kəpəz” futbol klubu bəyanat yayıb.

Qol.az xəbər verir ki, Gəncə klubu rəsmi saytında yer alan bəyanatda afrikalı futbolçuların saxtakarlığından şikayətlənib:

“Qış transfer pəncərəsinin açılmasına az müddətin qaldığı vaxtda “Kəpəz” PFK-nın adından sui istifadə halları yenidən aktuallaşıb.

Belə ki, bugünlərdə Gəncə klubunun adından yararlanmaqla Xarici İşlər Nazirliyinə müraciət olunaraq Kamerundan dəvət edilən futbolçulara vizaların açılması xahiş olunub.

Saxta məktubda “Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun prezidenti kimi təqdim olunub, kluba aidiyyatı olmayan möhür vurulub.

Bu cür halların baş verməsindən təəssüflənən “Kəpəz” PFK ictimaiyyətə bəyan edir ki, klubumuzun adından futbolçu transferi ilə bağlı hazırlanan belə müraciətlər həqiqəti əks etdirmir”.

 





09.12.2016    çap et  çap et