525.Az

Multikulturalizm Mərkəzinin aparat rəhbəri Cenevrədə


 

Multikulturalizm Mərkəzinin aparat rəhbəri Cenevrədə <b style="color:red"></b>

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə İsveçrədə görüş keçirilib.

Mərkəzdən 525.az-a verilən məlumata görə, BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəman UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri Mmantsetsa Maropenin görüşü zamanı Azərbaycan və UNESCO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri, multikultural dəyərlərin, tolerant ənənələrin təşviqi və təbliği ilə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Təhsil üzrə Beynəlxalq Büro 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb və 1999-cu ildən UNESCO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur.

 





09.12.2016    çap et  çap et