525.Az

Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına təkan verəcək


 

"BU YOL XƏRİTƏLƏRİ KÖKLÜ İSLAHATLARIN BAŞLANĞICI OLACAQ"

Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına təkan verəcək<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanı yüksək qiymətləndirilir.

Bu fərmanda əksini tapan islahatların həyata keçirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun qısa müddətdə inkişafına nail olmaq mümkündür.
 
Ekspertlər sənədin çox mükəmməl hazırlandığını və artıq gələn ildən onun həyata keçirlməsinin ilk nəticələrinin özünü göstərəcəyini vurğulayırlar. Sənəd beynəlxalq qurumlar tərəfinən də müsbət qarşılanıb. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, strateji yol xəritələrinin imzalanması vaxtında atılan addımdır. O bildirib ki, bu məsələni çox diqqətlə izləyirlər: "Həmçinin, azərbaycanlı həmkarlarımızla müzakirələr aparırıq. Aİ tərəfindən deyə bilərəm ki, biz Azərbaycanın iqtisadi diversifikasiyasının dəstəkləyicisi olmaq istəyirik. İslahatlar və yol xəritələri buna gözəl əsas yaradır".

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli bildirib ki, strateji yol xəritələri çox ciddi hazırlanmış bir sənəddir: "Bu onu göstərir ki, prezident İlham Əliyev ciddi islahatların bünövrəsini qoyur və bu islahatlar demək olar ki, ölkə həyatının bir çox sahələrini əhatə edir". O vurğulayıb ki, sahibkarlıq sahəsi ilə bağlı yol xəritəsi xüsusilə diqqəti cəlb edir: "Çünki bu islahatların həyata keçirilməsi ölkədə azad sahibkarlığın inkişafı üçün geniş perspektivlər açır, iqtisadiyyatının həm sağlamlaşmasına, həm də məşğuliyyətin artmasına, gəlirlərin çoxalmasına yardım edir. Ümumiyyətlə, islahatlar paketi adlandırılan bu yol xəritəsi köklü islahatların başlanğıcı olacaq və qeyri-neft sektorunun güclü inkişafına təkan verəcək. Bu, çoxdan gözlənilən addımdır. Deməli, bununla bağlı iş aparılırmış və işin nəticələri ortaya qoyulub".

Q.Hüseynli bildirib ki, sənədin icrasına nəzarət  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərliyinə tapşırılıb: "Bütün bunlar onu göstərir ki, ölkə Prezidenti islahatlarla bağlı ciddi proqrama malikdir və onun reallaşması üçün də ciddi addımlar atılmaqdadır".

PƏRVANƏ

 





09.12.2016    çap et  çap et