525.Az

Türkiyə səfiri Yazıçılar Birliyində


 

Türkiyə səfiri Yazıçılar Birliyində<b style="color:red"></b> Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan Yazıçılar Birliyində (AYB) olub.

Birlikdən 525.az-a verilən məlumata görə, AYB sədri, Xalq yazıçısı Anarla görüşdə iki ölkə arasında ədəbi-mədəni əlaqələr, həyata keçirilmiş layihələr və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında fikir mübadiləsi aparılıb.
 
E.Özoral ədəbi əlaqələrin inkişafında AYB-nin rolunu xüsusi qeyd edib.

Bildirib ki, qurumla sıx əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək.
 
Xalq yazıçısı Anar Azərbaycanda Türkiyənin Kültür Mərkəzinin açılmasını vacib məsələ kimi dəyərləndirib.

Sədr qeyd edib ki, Türkiyədə də Azərbaycan Mədəniyyət Mərkəzinin olmasını iki ölkənin ədəbi-mədəni əlaqələrin inkişafında böyük rol oynayar.
 
Sonda Anar qonaqlara imzalı kitabını hədiyyə edib.
 





09.12.2016    çap et  çap et