525.Az

“Qısqanc ürəklər”in 100-cü yubiley nümayişi olucaq


 

“Qısqanc ürəklər”in 100-cü yubiley nümayişi olucaq<b style="color:red"></b>

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin “Qısqanc ürəklər” ikihissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq.

Teatrdan 525.az-a verilən məlumata görə, tamaşanın 100-cü nümayişi dekabrın 10-da baş tutacaq.

“Qısqanc ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 2006-cı il dekabrın 22-də keçirilib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam Eldar Qurban, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır.

Tamaşada rolları Xalq Artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.

 





09.12.2016    çap et  çap et