525.Az

Nazir SSRİ Xalq artistini qəbul etdi


 

Nazir SSRİ Xalq artistini qəbul etdi<b style="color:red"></b>

Dekabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan tanınmış sovet və Rusiya balet artisti, baletmeyster, xoreoqraf, teatr rejissoru, aktyor, rəssam, SSRİ Xalq artisti Vladimir Vasilyevi qəbul edib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, baletmeysterin yaradıcılığı və sənəti ilə yaxından tanış olduğunu bildirərək onu Bakıda görməyindən məmnunluğunu ifadə edib.

Bildirib ki, iki ölkə arasında xoreoqrafiya sahəsində əlaqələr davam etməli, gənc nəsil görkəmli balet ustalarının məktəbini öyrənməli və bu ənənələri davam etdirməlidirlər.

Nazir Vladimir Vasilyevin hazırladığı bütün tamaşaları izlədiyini və balet səhnəsində onun əvəzsiz mütəxəssis kimi dəyərləndirdiyini diqqətə çatdırıb.

Qonaq öz növbəsində filmin nümayişindən aldığı təəssüratı nazirlə bölüşərək ilk dəfə Bakıda olduğundan məmnunluğunu ifadə edib.

Uzun müddət dostluq etdiyi Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına verilən qiyməti yüksək dəyərləndirib. İncəsənət adamlarının hər bir dövlətin milli sərvəti olduğunu qeyd edən qonaq Azərbaycanda balet sənətinə ayrılan diqqətdən razılığını ifadə edib.

Nazir Azərbaycan və Rusiya arasında xoreoqrafiya sahəsində əməkdaşlığa diqqət ayıraraq vaxtilə balet tamaşalarının böyük bir hadisə, əks-səda yaratdığını xatırladıb.

Görüşdə iştirak edən Rəfiqə Axundova və Maqsud Məmmədovun yubileylərinin də keçirilməsinin planlaşdırıldığını bildirib.

Vurğulayıb ki, iki ölkə xoreoqraflarının birgə əməkdaşlığı və bu sahədə qarşılıqlı mübadilə xoreoqrafiya sahəsində yeni üfüqlər açmasına rəvac verəcək.

Bu mübadilə yeni forma və baxış axtarışlarının yaranmasına, yeni ideyaların həyata keçirilməsində mühüm rol oynaya bilər. Vaxtı ilə Rusiya səhnəsində tamaşaya qoyulan Azərbaycan baletlərinin müasir dövrdə də yenilənməsinə lüzum olduğunu bildirib.

Azərbaycanda Xoreoqrafiya Akademiyasının yaradıldığını qonaqların diqqətinə çatdıran nazir zamanla Azərbaycan gənclərinin xoreoqrafiya sahəsinə marağının artırılması yolunda aparılacaq işlərdən də danışıb.
 
Bakıya ilk səfəri çərçivəsində qonağı Azərbaycanın mədəni ocaqları ilə yaxından tanış olmağa dəvət edib.

Xoreoqrafiya sahəsində bu günki problemlər və perspektivlər, gənc nəslin balet sahəsinə marağının artırılması, müasir balet necə olmalıdır mövzusunda fikir mübadiləsi gələcəkdə birgə layihələrin həyata keçirilməsi yönündə müzakirələrlə davam edib.

Görüş zamanı həmçinin iki ölkə arasında balet ustalarının ustad dərslərinin keçirilməsi, birgə tamaşaların hazırlanması məsələləri də müzakirə edilib.

Qonaq ona göstərilən diqqətə görə minnətdarlığını bildirib və Azərbaycanla əlaqələrinin bundan sonra daha da geniş şəkildə davam etdirəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, tanınmış xoreoqrafın Bakıya səfərinin məqsədi dekabrın 8-də “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan baletinin tanınmış ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş, “Balet mənim həyatımdır” sənədli filminin təqdimatında iştirak etməsidir.

Cavid QƏDİR

 





10.12.2016    çap et  çap et