525.Az

Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanda


 

Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanda<b style="color:red"></b> Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.
 
APA-nın məlumatına görə, F. Heydərov və Şura üzvləri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarına gül dəstələri düzüblər. 
 
F. Heydərov jurnalistlərə açıqlamasında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

O bildirib ki, müasir Azərbaycan dövlətinin əsası Heydər Əliyev tərəfindən qoyulub:
 
“Heydər Əliyev XX əsrin ən işıqlı insanlardan biri idi. Onun yaratdığı şah əsər – Azərbaycan dünyanın hər yerində tanınır. Heydər Əliyev nümunəvi bir dövlət yaradıb. Heydər Əliyevin yolu, onun ideyaları Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
 





10.12.2016    çap et  çap et