525.Az

Avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


 

Avtomobillərin hərəkəti məhdudlaşdırılacaq<b style="color:red"></b> Dekabrın 12-də Heydər Əliyevin anım günü münasibətilə Bakı şəhərində bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08.00-dan tədbir tam başa çatanadək, Parlament prospekti - Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
 
“Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək. Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – deyə V. Əsədov qeyd edib.
 





10.12.2016    çap et  çap et