525.Az

Dövlət müəssisələrinin fəaliyyəti ciddi monitorinq ediləcək


 

Dövlət müəssisələrinin fəaliyyəti ciddi monitorinq ediləcək<b style="color:red"></b> “Dövlət sektorunun 2025-ci il üzrə iqtisadi perspektivdə öz yenilənmiş rolunu həyata keçirməsi üçün dövlət müəssisələrinin fəaliyyəti ciddi monitorinq ediləcək və idarə olunacaq”.
 
"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.
 
Sənəddə qeyd edilib ki, burada əsas məqsəd həmin müəssisələrdə dövlətin idarəetmə çərçivəsinin aydınlaşdırılması, həmçinin monitorinq və strateji menecmentin tətbiqi  olacaq: “Əksər dövlət müəssisələrinin fəaliyyətlərini nəzərə alacaq aydın mandat və icra hədəflərinin işlənib hazırlanması şəffaflığı artıracaq, habelə dövlət, dövlət müəssisəsi və ictimaiyyət arasında yaradıcı dialoqu inkişaf etdirəcək. Monitorinq və sahiblik daha da möhkəmləndiriləcək, peşəkar korporativ strukturlar gücləndiriləcək”.
 
Sənəd müəlliflər bildirilib ki, Azərbaycan dövləti öz portfelini strateji cəhətdən qiymətləndirərək, özəlləşdiriləndən sonra daha məhsuldar olacağı ehtimal edilən qeyri-strateji aktivlərin özəlləşdirilməsini həyata keçirəcək.
 
“Bütövlükdə bu proses ictimai və milli maraqları tam nəzərə alaraq, hər bir özəlləşdirmə prosesinin başlanğıcında lazımi tənzimləmə və bazar strukturunu yaradacaq”, - deyə sənəddə vurğulanıb.
 





10.12.2016    çap et  çap et