525.Az

Novak: "Aparıcı istehsalçıların razılaşdırılmış fəaliyyəti olmasaydı..."


 

Novak: "Aparıcı istehsalçıların razılaşdırılmış fəaliyyəti olmasaydı..."<b style="color:red"></b>

"OPEC üzvü olmayan ölkələr potensial olaraq, gündə hasilatı 600 min barel azalda bilərlər".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Vyanada keçirilən OPEC iclasında iştirak edən Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, razılaşmanın uğurlu alınmasının OPEC üzvü olmayan ölkələrin fəal iştirakı, birgə fəaliyyət müqabilində mümkünlüyünü ifadə edib.

"Aparıcı istehsalçıların razılaşdırılmış fəaliyyəti olmasaydı, neft bazarının balanslaşması üçün uzun müddət lazım gələrdi", - o əlavə edib.

 





10.12.2016    çap et  çap et