525.Az

Sərdar Fərəcovun müəllif konserti


 

Sərdar Fərəcovun müəllif konserti <b style="color:red"></b>

Dekabrın 8-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında tanınmış bəstəkar Sərdar Fərəcovun müəllif konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Azərbaycan Bəstəkarlıq İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcovun yaradıcılığı haqqında məlumat verilib, onun yaratdığı musiqi nümunələrinin özünəməxsusluğundan danışılıb.

Daha sonra Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universitetinin kamera orkestri çıxış edib. Konsertdə gənc ifaçılar Fəridə Məmmədova, Sevinc Kərimova, Sevda Həsənova, İnci Azmanlı və Töhfə Əliyeva bəstəkarın tar və orkestr üçün yazdığı “Qarabağ”, “Rondeletto”, o cümlədən “Vals”, “Türk rəqsi” və başqa musiqi kompozisiyalarını səsləndiriblər. Konsertdə Dövlət Simli Kvartetinin ifasında da müxtəlif musiqi əsərləri dinlənilib.

 





10.12.2016    çap et  çap et