525.Az

“Strateji yol xəritələri iqtisadiyyatın şaxələnməsinə şərait yaradacaq”


 

“Strateji yol xəritələri iqtisadiyyatın şaxələnməsinə şərait yaradacaq”<b style="color:red"></b>

“Azərbaycan prezidenti İlham Əliyev hakimiyyətə gələndən hər zaman müxtəlif sahələrin inkişafı üçün uzaq hədəflərə yönələn strateji proqramlar, sənədlər imzalayıb. Dövlət başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı da bu sənədlərin məntiqi davamıdır”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, prezident İlham Əliyevin müxtəlif sahələrin inkişafı istiqamətində imzaladığı Dövlət Proqramları uğurlu nəticələri ilə Azərbaycanın sürətli inkişafını təmin edib: “Prezident çıxışı zamanı bildirib ki, ölkəmizdə həyata keçirilən hər siyasətin arxasında müəyyən hədəf və məqsədlər var. Məqsədlərimizə çatmaq üçün qarşımızda mərhələli, ardıcıl, davamlı siyasət və strategiya dayanır. Dövlət başçımızın bu günə qədər bütün sahələrdə uzaq hədəflərə yönələn böyük siyasi qərarları yalnız Azərbaycan xalqının rifahına və ölkəmizin inkişafına yönəlib. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, gənclər, səhiyyə, təhsil, enerji, idman, mədəniyyət və digər bir çox sahələrin sürətli inkişafı üçün Dövlət Proqramları qəbul olunub. Strateji yol xəritəsi Azərbaycanın inkişafına yönələn uğurlu addımların davamıdır. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının davamlı və sürətli inkişafını təmin edəcək. Cənab Prezidentimizin imzaladığı sənədlər bu gün dünyada gedən proseslər və qloballaşma fonunda baş verən hadisələrlə balansı təmin edir”.

Ekspert Arzu Nağıyev isə deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” imzaladığı fərman mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, fərmanla 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən, aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.

A.Nağıyev əlavə edib ki, əsas məqsəd əldə olunan nailiyyətləri saxlamaqla, onları inkişaf etdirməkdən ibarətdir: “2016-2020-ci illəri əhatə edən və gələcəkdə 2025-ci ilədək hazırlanacaq planlar əsas hədəf kimi nəzərə alınıb. Bir sözlə, artıq gələcəyimiz üçün dəqiq bir strateji plan mövcuddur. Əsas məqam məhz Azərbaycan vətəndaşının sosial-iqtisadi həyatının, rifahının daha da yüksək olmasıdır. Bütün bunları yerinə yetirmək üçün təbii ki, neft və qaz sektorunun inkişafı ilə yanaşı, kənd təsərrüfatının da inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta biznesin inkişafı, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşlılaşdırılması vacib məsələ kimi fərmanda öz əksini tapıb”.

Millət vəkili Asim Mollazadə isə bildirib ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun sürətlə inkişafına şərait yaradacaq. O qeyd edib ki, strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının qısa müddətdə daha da sürətli inkişafını təmin edəcək: “Strateji yol xəritələri sənayə, kənd təsərüffatı, yeni texnologiyaların istifadəsi və digər mühüm sahələrin sürətli şəkildə tərəqqisinə şərait yaradacaq. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkə iqtisadiyyatına yeni nəfəs verəcək, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

PƏRVANƏ

 





10.12.2016    çap et  çap et