525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2003-сü il. Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti (1993-2003) Heydər Əliyev vəfat edib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda H.Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
 
H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğına etiraz əlaməti olaraq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı Mixail Qorbaçovun ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb.

H.Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə isə ikinci dəfə prezident seçilib.

1999-cu il. Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirilib.

Seçki günü respublika üzrə seçki siyahılarına daxil olan 4 milyon 312 min 265 seçicinin 52,6 faizi səsvermədə iştirak edib.

Səsvermənin nəticəsi olaraq 20 min 456 nəfər bələdiyyə üzvü seçilib. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş seçkilər nəticəsində Azərbaycanda 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2409 kənd bələdiyyəsi seçilib.

1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatıb. 

1928-ci il. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov anadan olub (1928-2008).

Ç.Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir.

Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir.

Böyük yazıçının “Gün var əsrə bərabər” romanı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarı ilə qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri indi də oxucular tərəfindən sevə-sevə oxunur. 1990-1994-cü illərdə Ç.Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb.

2008-ci ilin martınadək Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.

2008-ci il iyunun 10-da Almaniyanın Nürnberq şəhərində müalicə olunduğu klinikada vəfat edib.

 





12.12.2016    çap et  çap et