525.Az

İstanbulda Heydər Əliyevin xatirəsi anıldı - Foto


 

İstanbulda Heydər Əliyevin xatirəsi anıldı - <b style="color:red">Foto</b>

Dekabrın 9-da ulu öndər Heydər Əliyevin vəfatının 13-ci ildönümü ilə əlaqədar İstanbul şəhərinin Yedditəpə Universitetində anım mərasimi keçirilib.
 
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələri, Universitetin tələbə və müəllim kollektivi, Türkiyə Respublikasının tanınmış elm və sənət adamları, diaspor və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Əbədiyyət yolu” adlı film nümayiş olunub.

Yedditəpə Universitetinin Qurucular Heyətinin sədri Bədrəddin Dalan çıxış edərək ümummilli liderin Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, Türk dünyası böyük şəxsiyyətlər yetişdirib, onların sırasında adları tarixə qızıl hərflərlə yazılmış Mustafa Kamal Atatürk və Heydər Əliyev hər zaman fəxr və qürurla yad ediləcək: "Heydər Əliyevin ideyaları həmişə yaşayacaq, Türkiyə və Azərbaycan dövlərlərinin milli birliyi, sarsılmaz qardaşlığı daha da möhkəmlənəcək".

İstanbul Teatrının baş reşissor müavini Məlahət Abbasova çıxış edərək Heydər Əliyevin mədəniyyət və incəsənətə, sənət adamlarına yüksək diqqət və qayğısından bəhs edib.

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev ümummilli liderin zəngin həyat yoluna nəzər salaraq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Bildirib ki, Heydər Əliyev hər şeydən əvvəl xalqını böyük məhəbbətlə sevən vətənpərvər şəxsiyyət idi. Onun "Anam məni Azərbaycan üçün dünyaya gətirib" kəlamında bu hiss səmimi şəkildə ifadə olunub.

Ulu öndərin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda güclü iqtisadiyyatın təməli qoyulub, Azərbaycan qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub: "Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri baş verdi. Azərbaycanda kənd təsərrüfatı, sənaye sahələri inkişaf etdirildi. Respublikamızda neft maşınqayırması və neftayırma sənayesinin yenidən qurulması həyata keçirildi. Bu da müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirilməsində mühüm rol oynadı. Həmin dövrdə respublikamızda tikinti, infrastruktur, nəqliyyat, rabitə sistemində əsaslı dönüş yarandı. Təkcə Azərbaycan üçün deyil, həm də ittifaq respublikaları və xarici ölkələr üçün strateji əhəmiyyət kəsb edən iri sənaye müəssisələri - Dərin Özüllər Zavodu, Bakı Məişət Kondisionerləri Zavodu tikildi. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə güclü sənaye kompleksi formalaşdı. Ümumilikdə 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarla zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlayıb".

Natiq ulu öndərin elm, təhsil, mədəniyyət, səhiyyə sahələrinin yüksək inkişafına səbəb olan uğurlu fəaliyyətinə də toxunub. Bildirib ki, ümummilli lider həmişə gənclərə güvənərək onlara diqqət və böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin tərkib hissəsi kimi xüsusi yer tutub: "Heydər Əliyev deyirdi ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması, normal əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Böyük siyasi xadim Heydər Əliyev Azərbaycan gənclərinin peşəkar kadr kimi yetişməsinə də

böyük diqqətə yetirib, on minlərlə azərbaycanlılın keçmiş ittifaqın ən nüfuzlu ali məktəllərində təhsil almalarına şərait yaradıb. Hazırkı güclü və peşəkar Ordumuzun əsası da məhz həmin illərdə qoyulub. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başlaması, ittifaqrespublikalarında azərbaycanlı hərbçilər nəslinin formalaşması, hərbi mütəxəssislərin yetişdirilməsi ilə bağlı cəsarətli addımlar müstəqil Azərbaycanın ordu quruculuğunun müasir mərhələsində mühüm təsiredici amil olduğunu təsdiq etdi".

Baş Konsul Məsim Hacıyev bildirib ki, ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz dünya miqyasında tanınan və tərəqqi edən dövlət statusunu qazanıb. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar olub, atəşkəs əldə edilib, irimiqyaslı iqtisadi islahatlara başlanılıb: "Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına dərin əsaslar yaradılıb. Ümummilli liderin Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafındakı misilsiz xidmətlərindən bəhs edən Məsim Hacıyev onu da bildirib ki, Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olduğu dövrlərdə qardaş ölkə ilə əlaqələrin genişlənməsinə öz töhfəsini verib. 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra isə münasibətlər yüksələn xətt üzrə inkişafını təmin edib".

Məsim Hacıyev bildirib ki, 1993-cü ildən Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni mərhələ başlanıb: "Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir".

Qeyd olunub ki, 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilmiş Zirvə toplantısı çərçivəsində Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə dair sazişin imzalanması, toplantıda İstanbul Bəyannaməsinin qəbul edilməsi Heydər Əliyevin neft strategiyasının uğuru və Türkiyə dövləti ilə dostluğun, əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli bir sənəd idi.

Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsini xatırladan Baş konsul Məsim Hacıyev ulu öndərin siyasi varisi, Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində apardığı uğurli siyasətə diqqət çəkib. Bildirib ki, Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də dövlət başçısı kimi ilk rəsmi səfəri zamanı iki ölkə arasında Birgə bəyanatın və digər sənədlərin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi, eyni zamanda, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələrinin həyata keçirilməsi qardaş ölkələri bir-birinə daha sıx bağlayır: "Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, "Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Bəlkə də dünyada ikinci belə ölkələr tapmaq çətindir ki, bir-birinə bu qədər bağlı olsun, bir-birinə bu qədər dəstək versin. Bu

dəstək bizi gücləndirir.Türkiyənin uğurlu inkişafı bizim inkişafımızdır, Türkiyənin gücü bizim gücümüzdür".

Mərasimdə çıxış edən digər natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salıb, onun Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə gördüyü misilsiz işlərdən söz açıblar.

Aydın AĞAZADƏ
İstanbul

 





12.12.2016    çap et  çap et