525.Az

"Marneuli 500" yarımstansiyasının açılışı oldu


 

"Marneuli 500" yarımstansiyasının açılışı oldu<b style="color:red"></b> Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonundan "Marneuli 500" adlı elektrik yarımstansiyasının açılış mərasimi keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yarımstansiyanın böyük əhəmiyyətə malik olduğunu bildirib: "Bu yarımstansiya yerli sahibkarlıq subyektləri üçün, xüsusilə emal müəssisələrinin tikintisi üçün vacib bir obyektdir. "Marneuli 500" "Regional enerji təchizatının yaxşılaşdırılması" layihəsi çərçivəsində həyata keçirilib. Bu investisiya layihəsi ölkəmizin enerji təhlükəsizliyini yaxşılaşdıracaq".
 
Gürcüstanın energetika naziri Kaxa Kaladze APA-ya açıqlamasında yeni istifadəyə verilən yarımstansiya qonşu ölkələr arasında idxal, ixrac və tranzit üçün əsas enerji təsislərindən biri olacağını bildirib: "Bu yarımstansiyaya Azərbaycandan və digər qonşu ölkələrdən elektrik enerjisi nəql olunur və burdan Tiflisə nəql olunacaq, ehtiyac olduğu halda isə Türkiyəyə də ixrac olunacaq. Bundan başqa, biz ölkə üzrə əsas enerji sistemini modernləşdirmək istəyirik. Bunun işlərin həyata keçirilməsi üçün 735 mln. avronun ayrılması təsdiqlənib. İşlər 2017-2027-ci illəri əhatə edəcək".
 
Gürcüstanın "Dövlət Elektrik İdarə Edilməsi Sisteminin sədri Sulxan Zumburidze isə qeyd edib ki, "Marneuli 500" yarımstansiyasının tikintisinə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşıb və layihəyə 20 mln. dollar xərclənib.
 





12.12.2016    çap et  çap et