525.Az

Dram Teatrının sərəncamçı direktoru işdən çıxarıldı


 

Dram Teatrının sərəncamçı direktoru işdən çıxarıldı<b style="color:red"></b> Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Natiq Gülməmmədov vəzifəsindən azad olunub.
 
Mədəniyyət və Turizm Naziliyindən 525.az-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb.
 
Nazirin digər əmri ilə N. Gülməmmədov A. Şaiq adına Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.
 
Şöbədən bildiriblər ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri daxilində aparılan müvafiq kadr dəyişikliklərindən biridir.
 





12.12.2016    çap et  çap et