525.Az

Hava şəraiti ilə bağlı xəbərdarlıq


 

Hava şəraiti ilə bağlı xəbərdarlıq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15- də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, 14-də axşam, 15-də çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək.
 
Yolların buz bağlama ehtimalı var.
 
Rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığa gəlincə, dekabrın 14-15- də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək.

Yollar buz bağlayacaq.
 





13.12.2016    çap et  çap et