Ali Məhkəmədə narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Fuad Nəcəfov barəsində hökmdən prokurorun verdiyi protest əsasında məhkəmə prosesi başa çatıb.
Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə protesti təmin etməyib.
Vəkilin sözlərinə görə, ibtidai istintaq orqanı tərəfindən Nəcəf Fuad Valeh oğluna CM-nin 234.1-ci maddəsi ilə ittiham verilib.
İlkin istintaq-əməliyyat tədbiri keçmiş MTN-in əməkdaşları İbrahimov Elnur, Ələkbərov Yunis və Səfərov Əfqan tərəfindən həyata keçirilib.
"Həmin əməkdaşlar hüququnu müdafiə etdiyim şəxsi döyərək yaşadığı mənzilə aparıb və bir müddət axtarış apardıqdan sonra 13 saylı MKİS-nə zəng edərək iki hal şahidinin göndərilməsini tələb ediblər.
Məhkəmə istintaqı zamanı keçmiş MTN əməkdaşları tərəfindən çağrılmış hal şahidləri ifadələrində göstəriblər ki, mənzilə daxil olan zamanı əməlliyat müvvəkili E. İbahimov əlində büklünü göstərərək içərisində narkotik maddə olan kokain olduğunu və təqsirləndirilən şəxsin üzərindən çıxdığını deyib.
Həmçinin hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi istintaq hərəkətində iştirak etmədiklərini və bu barədə tərtib edilmiş baxış protokolunu oxumadan imza etdiklərini göstəriblər.
Bundan başqa, keçmiş MTN-in əməkdaşları tərəfindən hüquqlarını müdafiə etdiyim şəxsi öz mənzilənə döyərək gətirdikləri zaman sonuncunun evinin giriş hissəsində olan müşahidə kamerası olanları qeydə alıb.
Həmin çəklişdən də görünür ki, tutulan şəxsin üzərinə baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçrilib.
Eyni zamanda müşahidə kamerasının qeydə aldığı çəklişdən də görünür ki, Nəcəf Fuad Valeh oğlunun gözünün altı zərbədən qançır olub", - deyə vəkil bildirib.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi Fuad Nəcəfovun barəsində bəraət hökmü çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə hökmündən narazı qalan dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Protest təmin edilməyib.
F. Nəcəfov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə və saxlama) maddəsi ilə ittiham olunub.
çap et