525.Az

“Petkim” STAR Neft emalı zavodunun səhmlərini əldə etmək istəyir


 

“Petkim” STAR Neft emalı zavodunun səhmlərini əldə etmək istəyir<b style="color:red"></b> “Petkim Petrokimya Holding AŞ” (“Petkim”) SOCAR-ın Türkiyədəki aktivi olan “SOCAR Turkey Enerji A.S”-i ilə STAR neft emalı zavodunda pay alınması ilə bağlı danışıqları davam etdirir.
 
“APA-Economics”in məlumatına görə, şirkətin Kamuyu Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada deyilir ki, “Petkim” “SOCAR Turkey Enerji”dən “Rafineri Holding”in 12-14% payı əldə etmək istəyir. Danışıqlar müsbət nəticələnsə, “Petkim” STAR neft emalı zavodunun 7-9% səhminə sahib olacaq.
 
Qeyd edək ki, hazırda STAR neft emalı zavodunun 60%-i “Rafineri Holding A.S” məxsusdur. Bu şirkət isə  100% “SOCAR Turkey Enerji A.S”-ə məxsusdur. STAR neft emalı zavodunun 40% səhmi isə SOCAR-a məxsusdur.
 





13.12.2016    çap et  çap et