525.Az

Xoreoqrafiya Akademiyasında Heydər Əliyevlə bağlı kompozisiya


 

Xoreoqrafiya Akademiyasında Heydər Əliyevlə bağlı kompozisiya<b style="color:red"></b>

Dekabrın 12-də Bakı Xoreoqrafiya Akademiyasında professor-müəllim və şagird-tələbə heyətinin iştirakı ilə müasir və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Ömrünü xalqına bəxş edən lider" adlı bədii kompozisiya nümayiş etdirilib.

Təqdim olunmuş xoreoqrafik kompozisiya Ulu Öndər Heydər Əliyevin həyat yolunu rəqsin dili ilə təsvir edir.

Kompozisiya - Ana, Yetkinlik, İki qəlbin sevgisi, Quruculuq, Cıdır düzü, Qələbə, Əbədiyyət kimi dövrləri əks etdirən 7 hissədən ibarətdir. Kompozisiyanın quruluşçu baletmeysteri Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Yusif Qasımovdur.

 





13.12.2016    çap et  çap et