525.Az

BNA sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq etdi


 

BNA sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq etdi<b style="color:red"></b> Bakı Nəqliyyat Agentliyi (BNA) havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
 
BNA-dan "APA-Economics"ə verilən məlumata görə, Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 141 saylı qərarına əsasən, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb. Həmçinin, BNA sürücülərə tövsiyə edir ki, qarşıdakı günlərdə meteoroloji vəziyyəti nəzərə alaraq nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.
 
Ümumilikdə, qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.
 
Məlumat üçün onu da qeyd edək ki, qarlı və şaxtalı günlərdə Bakı Nəqliyyat Agentliyi yarana biləcək çətinliklərin operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
 





14.12.2016    çap et  çap et