525.Az

Azərbaycanın intellektual birinciləri məlum oldu


 

Azərbaycanın intellektual birinciləri məlum oldu<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin final mərhələsi başa çatdı.

“İrəli”dən verilən məlumata görə, dekbarın 13-də layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib.

"Azərbaycanın İntellektual BİRincisi" layihəsində 10 region, 66 rayon, 1109 gənc iştirak edib. Layihə çərçivəsində İsmayıllı, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəmkir, Quba, Tərtər rayonlarında gənc intellektualların regional seçim turnirləri keçirilib. Eyni zamanda Bakı şəhəri üzrə 11 rayon gənci "Xəmsə", "Nə?, Harada?, Nə zaman?", "Axtar tap", "Vətəni tanı" intellektual oyunları üzrə final mərhələsinə vəsiqə uğurunda yarışıblar.

Layihənin bağlanış mərasimində Milli Məclisin Gənclər və İdman Komitəsinin rəhbəri Fuad Muradov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edib, layihə haqqında öz fikirlərini bildiriblər.

Final mərhələsində "Vətəni tanı" intellektual oyununda 1-ci yeri Nizami, 2-ci yeri Balakən, 3-cü yeri Zərdab rayonunun gənc intellektualları, "Axtar-tap" intellektual oyununda 1-ci yeri Binəqədi, 2-ci yeri Abşeron, 3-cü yeri Lənkəran rayonunun gənc intellektualları, "Nə, harada, nə zaman?" və "Xəmsə" intellektual oyunlarının hər birində 1-ci yeri Abşeron, 2-ci yeri Yasamal, 3-cü yeri Saatlı rayonunun gənc intellektualları qazanıblar. Qalib gələn komandalara medallar şəhadətnamə və dəyərli hədiyyələrlə təqdim olunub.

Ceyhun ABASOV

 





14.12.2016    çap et  çap et