525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakı və Abşeron yarımadasında dekabrın 15-də arabir qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° şaxta, gündüz  1° şaxtadan 2°-dək isti,  Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 %  təşkil edəcək.
 
Yolların buz bağlama ehtimalı var.
 
Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacağı gözlənilir.
 
Yollar buz bağlayacaq.
 





14.12.2016    çap et  çap et