525.Az

"Astara-Astara dəmir yolunu tikintisi sürətlə davam edəcək"


 

"Astara-Astara dəmir yolunu tikintisi sürətlə davam edəcək"<b style="color:red"></b> Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu layihəsinin icrası sürətlə davam etdiriləcək.

Bunu APA-nın Tehran bürosuna İranın Dəmir Yolları İdarəsinin yeni baş direktoru Səid Məhəmmədzadə deyib.
 
"Dəmir Yolları İdarəsinin sabiq baş direktorunun dövründə verilmiş qərarlara uyğun olaraq bu layihə tam sürətlə davam etdiriləcək. İdarəetmədə baş verən dəyişiklik bu sahədə heç bir dəyişikliyə səbəb olmayacaq", - deyə S. Məmmədzadə bildirib.
 
Baş direktor Şimal-Cənub nəqliyyat dəhlizinin önəmini yüksək qiymətləndirib: "Ümid edirik ki, Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin başa çatması və Şimal-Cənub dəhlizində işlərin təkmilləşməsi ilə İranın milli iqtisadiyyatı daha da çiçəklənəcək. Astara-Astara dəmir yolu xəttinin Rəştə birləşməsinə qədər Şimal-Cənub dəhlizi vasitəsi ilə yüklər həm avtomobil magistralı, həm də dəmir yolundan istifadə olunaraq daşınacaq".
 





14.12.2016    çap et  çap et