525.Az

Sulutəpədə piyada keçidi inşa olunur


 

Sulutəpədə piyada keçidi inşa olunur<b style="color:red"></b> Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrliyində Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası işlərinə başlanılıb.
 
“Azəravtoyol” ASC-dən "APA-Economics"ə verilən məlumata görə, sözügedən keçid prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunur.
 
Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olacaq piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
 
Yüngül konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıq olacaq. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edəcək. Pilləkən hissələr də daxil qalereyasının ümumi uzunluğu 64,75 metr, eni isə 3 metr olacaq. Keçidin yol səthindən hündürlüyü 5,5 metr olması nəzərdə tutulub.
 
Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilir.
 
Qeyd edək ki, keçiddə fiziki qüsurlu insanların hərəkəti üçün panduslar quraşdırılacaq.
 





14.12.2016    çap et  çap et