525.Az

Rəssamlar İttifaqı rəsm müsabiqəsi keçirir


 

Rəssamlar İttifaqı rəsm müsabiqəsi keçirir<b style="color:red"></b>

Azərbaycan Rəssamlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan edib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə ali və orta rəssamlıq təhsili olan 20 yaşdan yuxarı gənclər iştirak edə bilər. Təqdim olunan sənət əsərlərində müstəqilliyimizin bərpasından bu günədək qazanılan uğurlar, o cümlədən torpaqlarımızın azadlığı uğurunda canından keçən Vətən övladlarının qəhrəmanlığı əks olunmalıdır.

Müsabiqəyə rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti üzrə rəsm əsərləri təqdim edilə bilər. Əsərlərin qeydiyyatı dekabrın 23-dək davam edəcək. Müsabiqənin yekun sərgisi dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda açılacaq.

"Şəki və onun tarixi hissəsi" Parisdə müzakirə olunub

Məlum olduğu kimi, nazir müavini Sevda Məmmədəliyeva Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında iştirakla bağlı səfərdədir. Səfər çərçivəsində Sevda Məmmədəliyeva "Şəki və onun tarixi hissəsi"nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələr ilə danışıqlar aparıb. Görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın komitədə üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib.

Görüş zamanı Sevda Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, "Şəki və onun tarixi hissəsi"nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən hazırlanan sənədlər toplusu peşəkarlar tərəfindən hazırlanmışdır və tələb olunan kriteriyaları özündə ehtiva edir.

Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin.

Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır.

 





14.12.2016    çap et  çap et