525.Az

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi


 

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin dekabrın 16-da keçiriləcək iclasının gündəliyi dəyişdirilib.
 
APA-nın məlumatına görə, iclasın gündəliyinə daxil olan məsələlər 18-dən 27-ə qaldırılıb.
 
“2017-ci ilin dövlət büdcəsi”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, İnzibati Xətalar, Torpaq məcəllələrinə, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, "Avtomobil nəqliyyatı haqqında" qanunlara dəyişikliklər layihələrinin müzakirəsi, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyasından ibarət siyahıya Vergilər, Cinayət, Mülki Prosessual məcəllələrinə, “Büdcə sistemi haqqında”, “Nağdsız hesablamalar haqqında”, “Dövlət rüsumu haqqında” və “İcra haqqında” qanunlara müxtəlif dəyişikliklər layihələri əlavə edilib.
 
Gündəlikdə yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsi də var.
 





14.12.2016    çap et  çap et