525.Az

"Bəyannamə təqdim ediləndən 30 gün sonra yenidən kameral yoxlama aparılmayacaq"


 

"Bəyannamə təqdim ediləndən 30 gün sonra yenidən kameral yoxlama aparılmayacaq"<b style="color:red"></b>

"Qüvvədə olan qanunvericiliyə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə sənədləşmənin aparılmaması bəzən kameral qaydada keçirilən vergi yoxlamalarının müddətinin uzadılması ilə nəticələnir. Belə halların aradan qaldırılması məqsədilə ölkə başçısı tərəfindən kameral vergi yoxlamalarının konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.

Nazir əlavə edib ki, bu məqsədlə Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb.

Layihəyə kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəalar daxil edilib: "Məlumat üçün bildirim ki, sərəncamın icrasından irəli gələrək vergi orqanlarında risklərin avtomatlaşdırılmış qaydada emalı sisteminin tətbiqinə başlanılıb ki, bu da bəyannamələrin 30 gün müddətində kameral qaydada yoxlanılmasına imkan verəcək. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildiyi tarixdən 30 gün sonra vergi orqanları tərəfindən aşkar olunmuş hər hansı uyğunsuzluq barədə vergi ödəyicisində kameral yoxlama keçirilmədən ona həmin uyğunsuzluq barədə 5 iş günü ərzində bildirişin göndərilməsi də vergi ödəyicilərinin hüquqlarının qorunmasına xidmət edir".
 
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 





14.12.2016    çap et  çap et