525.Az

"Azərbaycan Fransa üçün vacib tərəfdaşdır"


 

"Azərbaycan Fransa üçün vacib tərəfdaşdır"<b style="color:red"></b>

Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib.
 
Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Fransalı həmsədr ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynayacağını vurğulayıb.

M. Fekl ölkəsinin Azərbaycanın iqtisadi inkişaf potensialına olan etimadından, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərin Fransa tərəfindən yüksək qiymətləndirilməsindən bəhs edərək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində böyük potensialın olduğunu qeyd edib.

S. Şərifov prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr, habelə Azərbaycanın iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında geniş məlumat verib, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

İclasda iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparılıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.

Hökumətlərarası İqtisadi Komissiyasının iclası çərçivəsində S. Şərifov bir sıra ikitərəfli görüşlər də keçirib. Fransanın maliyyə naziri Mişel Sapenlə görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı, ölkəmizin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağırışlarla bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatların əhatə dairəsi və onların nəticələri, bu istiqamətdə Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub.

Azərbaycanın Fransa üçün vacib tərəfdaş olduğunu bildirən M. Sapen ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunaraq ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirib.
 
S. Şərifov fransalı həmkarına ölkəmizə göstərilən dəstəyə görə təşəkkür edib.

 





14.12.2016    çap et  çap et