525.Az

Prezident ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul etdi


 

Prezident ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
 
Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





15.12.2016    çap et  çap et