525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Dekabrın 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. 
 
Havanın temperaturunun gecə 1-4° şaxta, gündüz  1-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  80-90%  təşkil edəcək.
 
Gecə və səhər yollar buz bağlayacaq.
 
Rayonlarda bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Cavid QƏDİR
 





15.12.2016    çap et  çap et