525.Az

“Uşaq hüquqlarının qorunmasına dair öhdəliklər lazımınca yerinə yetirilir”


 

“Uşaq hüquqlarının qorunmasına dair öhdəliklər lazımınca yerinə yetirilir”<b style="color:red"></b> “Azərbaycan hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir və bu məsələ ölkə qanunvericiliyində daim diqqətdədir”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Uşaqlar üçün qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə deyib.
 
O qeyd edib ki, Azərbaycan müstəqil olduğu 25 il ərzində uşaq hüquqlarının qorunması üçün koordinasiya olunmuş fəaliyyətə üstünlük verib:
 
“Azərbaycanın bu sahə üzrə bir çox beynəlxalq konvensiyalara qoşulub. Bu gün Azərbaycanın həmin konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirir. Azərbaycanın UNICEF-lə əməkdaşlığı ötən illərdə getdikcə daha da inkişaf edib”.
 





15.12.2016    çap et  çap et