525.Az

Hollivud ulduzu Qorbaçov haqqında film çəkir


 

Hollivud ulduzu Qorbaçov haqqında film çəkir<b style="color:red"></b>

Hollivudun "HBO Films" şirkəti aktyorlar Leonardo di Kaprio və Tom Henksin prodüser şirkətləri ilə birlikdə "Qorbaçov" adlı layihə üzərində işləyir. Filmdə Sovet İttifaqının süqutu SSRİ-nin "ilk və sonuncu prezidenti"nin gözləri ilə təqdim ediləcək. 

Bu layihədə məsləhətçi olaraq elə Mixail Qorbaçov özü və uzun müddət onun tərcüməçisi işləmiş Pavel Palajçenko çıxış edir. Filmin ssenarisini "Ulduz yolu", "Məxfi materiallar" kimi uğurlu layihələrin ssenari müəllifi olan Con Şiban yazır. 

"Qorbaçov" filminin ideyası isə Hollivud ulduzu Leonardo di Kaprioya məxsusdur. İdeya Di Kaprioya Mixail Qorbaçovla şəxsi tanışlıqdan sonra gəlib. 2011-ci ildə Berlində "Cinema for Peace" fondunun mükafatını Di Kaprioya məhz Mixail Qorbaçov təqdim etmişdi.

Qeyd edək ki, Leonardo di Kaprio özü də ana xətti ilə rus köklərinə malikdir.

 





05.04.2013    çap et  çap et