525.Az

"Türkiyəyə investisiyalarımız 18 milyard dolları ötəcək"


 

"Türkiyəyə investisiyalarımız 18 milyard dolları ötəcək"<b style="color:red"></b> SOCAR-ın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 18 mlrd. dolları ötəcək.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində bildirib.
 
"Bu yatırımlar bizim Türkiyəyə olan güvənimizin göstəricisidir. Biz Türkiyənin qısa bir müddət ərzində enerji körpüsü olduğunu anlayırıq. Qardaş ölkənin bu cür irəliləməsi bizi daha da qürurlandırır. ", - deyə R. Abdullayev bildirib.
 
SOCAR prezidenti qeyd edib ki, bu günə qədər SOCAR tərəfindən 3,7 mlrd. dollar həcmində investisiya yatırılan STAR zavodunda tikinti işlərinin 80%-i yekunlaşıb. "Düşünürəm ki, 2018-ci ildə zavod istismara veriləcək", - deyə SOCAR prezidenti qeyd edib.
 





15.12.2016    çap et  çap et