525.Az

Neftçilərin axtarışına 3 helikopter cəlb edilib


 

<b style="color:red">Neftçilərin axtarışına 3 helikopter cəlb edilib</b> Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən hadisə ilə bağlı növbəti məlumat yayıb.
 
Nazirliyin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.
 
Hazırda Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir.
 
Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.
 





16.12.2016    çap et  çap et