525.Az

Suraxanı məktəbində akademik Vaqif Abbasovla görüş


 

Suraxanı məktəbində akademik Vaqif Abbasovla görüş <b style="color:red"></b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, akademik Vaqif Abbasov Suraxanı rayonunun 85 nömrəli məktəbinin müəllim-şagird heyəti ilə görüş keçirib.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə V.Abbasov məruzə ilə çıxış edib.

Daha sonra akademik şagirdlərin çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin Elm, Təhsil və Mədəniyyət şöbəsinin müdiri Bərxudar Bərxudarov, 87 nömrəli məktəbin direktoru Elmira Ələkbərova, 89 nömrəli məktəbin direktoru Dadaş Babazadə, 140 nömrəli məktəbin direktoru Məcid Rəsulov, 232 nömrəli məktəbin direktoru Məhluqə Əzizova və digərləri iştirak ediblər.

Akademik V.Abbasov görüşün yüksək səviyyədə təşkilinə görə 85 nömrəli məktəbin direktoru Maqsud Əhmədova minnətdarlığını bildirib və müəllifi olduğu kitabları məktəbə hədiyyə edib.

Ceyhun ABASOV

 





16.12.2016    çap et  çap et