525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən, yağmursuz, səhər zəif dumanlı və çiskinli olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək olacaq - 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Cavid QƏDİR
 





16.12.2016    çap et  çap et